Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, indi regionda üçtərəfli formatların sayı çoxalır: "Üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatıdır: "Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Həmçinin Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər daha da inkişaf etdirilməlidir".
Eldar İbrahimov qeyd edib ki, hər iki ölkə Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə öz maliyyə resurslarını səfərbər edib: "Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib. İran və Azərbaycan müştərək sərmayə qoyuluşu, eləcə də Azərbaycanda avtomobil zavodunun və dərman preparatları istehsal edən müəssisənin inşası üçün önəmli addımlar atılıb və bu məsələdə zəruri razılaşmalar əldə edilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB