Azərbaycanın yerli bazarında ət məhsullarının, o cümlədən quş ətinin qiymətində artımları müşahidə edilir. Qeyd edək ki, mal əti ilə yanaşı toyuq əti və yumurtanın da qiyməti qalxıb. Bu hal bahalaşma yerindən asılı olaraq, 20 qəpik ilə, 1 manat 50 qəpik arasında dəyişir. Toyuq ətinin bahalaşması isə mağazalarla, bazarlarda fərqlidir. Mağazalarda bahalaşma 20-50 qəpik arasında dəyişirsə, bazarlarda artım 1 manatdan yuxarıdır. Bazarda olan satıcılar bunu bayramla əlaqədar olduğunu bildiririr. Qəssablar isə qoyun ətinin və mal ətinin bahalaşmasını ümumi bahalaşma ilə bağlı olduğunu söyləyir.
Ölkəmizin ət və ət məhsulları ilə təmin edilməsi ilə bağlı heç bir problem yoxdur.
Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, əksinə son illərdə heyvandarlıq sahəsində ciddi irərliləyiş var və infrastruktur xeyli yaxşılaşıb: "Ət məhsulları və yumurtanın qiymətində az miqdarda olan qiymət artımları isə mövsümü xarakter daşıyır".
Lakin iqtisadi ekspertlərin fikrincə inhisarçılığa qarşı mübarizə aparılmalı, qiymətlərin tənzimlənməsinə nəzarət olunmalı, eləcə də, bazar tənzimlənməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB