Tarif Şurasının imtahanla bağlı qərarı necə qarşılandı?

Tarif Şurasının imtahanla bağlı qərarı necə qarşılandı?

İmtahanların təşkili ilə bağlı müəyyən xərclər çəkilir. Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, kimsə bir neçə dəfə imtahan verəcəksə müəyyən xərcləri qarşılaması məntiqlidir: "Təbii ki, burada hansısa dövlət qurumunun gəlir əldə etməsindən söhbət gedə bilməz. Bununla belə fikrimcə bu məsələyə yalnız "xərclərin qarşılanması " baxımından yanaşmaq da doğru olmazdı. Bu problemin həllinə təhsil sahəsində milli maraqlarımız baxımından, təhsil almaq istəyənlərin start vəziyyətlərinin uyğun olması baxımından və ya, sosial yönümlü yanaşmaq doğru olardı. Məhz bu prinsiplər nəzərə alınmaqla Prezidentin bir müddət öncə təsdiqlədiyi Sərəncama müvafiq olaraq ilk dəfə imtahan verənlərin də xərclərini dövlət öz üzərinə götürüb".

Osman Gündüz qeyd edib ki, təhsilin inkişafına cavabdeh qurumlar bu məsələni yenidən gündəmə gətirəcək və Tarif Şurası tariflərə yenidən nəzər salacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə