Neftimiz bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 53,19 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,09% azalaraq 55,96 dollar olub.

Azərbaycan neftinin qiymətində isə artım qeydə alınıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 0,85% artaraq 56,83 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə