Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" ilə bağlı irəliləyişləri yüksək qiymətləndiririk"

Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" ilə bağlı irəliləyişləri yüksək qiymətləndiririk"

"Cənub Qaz Dəhlizi" layihəsinin icra olunması ilə bağlı irəliləyişlər var və biz bunu müsbət qiymətləndiririk".SİA-nın xəbərinə görə, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib. "Bugünkü iclasda layihə ilə bağlı irəliləyişi üçüncü dəfə nəzərdən keçirdik. Bunun üşçün də biz Azərbaycan hökumətinə, marşrut boyu yerləşən ölkələrin rəhbərliklərinə, layihəni maliyyələşdirəcək maliyyə institutlarına, banklara öz təşəkkürümüzü bildiririk. Layihə marşrut boyunca yerləşən ölkələrə fayda verəcək və bu ölkələrin istehlakçıları bu layihələrdən bəhrələnəcək. Layihənin icrası ilə bağlı ləngimələrlə bağlı narazılıqlar var idi. Qeyd edim ki, müasir dövrün çağırışları da nəzərə alınmalıdır"-deyə, M.Şevçoviç qeyd edib.

O, layihə ərtafında bəzi narazılıqlar olduğunu da qeyd edib: "Biz bu narazılıqları İtaliya hökumətinin rəhbərliyinə çatdırdıq. Hesab edirik ki, bütün layihə iştirakçıları, xüsusilə də İtaliya üçün mühüm bir layihədir. Çünki, bu qaz ilk olaraq İtaliyaya çatdıırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə