Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB