"Neft Daşları" yatağındakı 2387 nömrəli stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 1365-1360 metr intervaldan sutkalıq 15 ton neft və 7 min 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin (İB) "Neft Daşları" neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB