İqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

İqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə