Milli Məclis 2017-ci ilin büdcə zərfini təsdiqlədi

Milli Məclis 2017-ci ilin büdcə zərfini təsdiqlədi

Milli Məclis büdcə zərfini təsdiqlədi. SİA-nın xəbərinə görə,hökümətə verilən müddət ərzində qanun layihəsinə edilən müəyyən dəyişikliklər haqqında məlumat erən Samir Şərifov bildirib ki, Milli Məclisdə millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin müəyyən hissəsi nəzərə alınsa da, digər məsələlərin növbəti illərdə baxılması qərara alınıb.

Maliyə naziri millət vəkillərini qanuna səsverməyə dəvət edib.

Daha sonra çıxış edən Spiker Oqtay Əsədov qeyd edib ki, büdcə zərfinin müzakirələri zamanı 60-dan çox millət vəkili çıxış edərək öz fikirlərini bildirib.

Büdcə zərfi səs qoyularaq qəbul edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında","Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında","Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası və Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə