Neftin qiyməti 54 dolları ötdü

"Brent" markalı neftin fevral fyuçersləri bir barelə görə 54,33 dollara qədər artıb. "Bloomberg" xəbər verir ki, dekabrın 11-i saat 10:12-yə olan vəziyyətə görə, bu növ neftin fyuçerslərinin qiyməti 0,82% bahalaşıb.

Eyni zamanda "WTI" markalı yüngül neftin yanvar fyuçersləri 1,30% bahalaşaraq bir barel üçün 51,50 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə