"Strateji yol xəritələri ölkəmizin uzun müddətli dayanıqlı inkişafını təmin edəcək" ŞƏRH
"Artıq bir müddətdir ki, Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə iqtisadi islahatlar keçirilir. Çox sevindirici haldır ki, bu islahatları orta, uzun müddəti əhatə edəcək bir strategiya təsdiq olunub. "Azərbaycan Prezidenti İlham Əliyevin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman"ı Bu strategiya 2020-2025 və 2025-ci ildən sonrakı müddəti əhatə edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda tamamilə yeni strategiya formalaşdırılır: "Ölkə prezidenti tərəfindən iqtisadi artımın alternativ mənbələri formalaşdırılıb. Bunlar bildiyiniz kimi, qeyri-neft sənayesi, kənd təsərrüfatı və valyuta gətirən xidmətlərdir. Əsas məqsəd Azərbaycanın uzun müddət dayanıqlı inkişafını təmin etmək büdcə gəlirlərini və kəsilərini eyni zamanda büdcə xərclərini maliyyələşdirmək üçün qeyri-neft sektorunun daha da inkişafı və bu sahənin ölkədə prioritet sahə təşkil etməsidir. Məhz bu baxımdan ölkə başçısı tərəfindən təsdiq edilən strategiyada 11 istiqamətin müəyyənləşməsi çox önəmli və mühüm hadisələrdən biridir. 11 istiqamət təkcə iqtisadiyyat deyil, eyni zamanda təhsil və sosial təminat sahələrini əhatə edir. Bu da o deməkdir ki, Azərbaycanın iqtisadi və sosial inkişafı kompleks halında bir sənəddə cəmləşdirilib".
T. Mirkişili qeyd edib ki, ölkə başçısı tərəfindən təsdiqlənən sənəd ölkəmizi gələcək risklərdən qoruyacaq: "Əsas məqsəd ölkəmizin uzun müddətli dayanıqlı inkişafını təmin etməkdir. Dayanıqlı inkişaf dedikdə ölkəni kənar risklərdən qorumaq, neft iqtisadiyyatında baş verən təlatümlərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq nəzərdə tutulur. Bu təsirlərdən tamamilə qorunmaq mümkün deyil. Çünki Azərbaycanda dünya iqtisadiyyatının bir hissəsidir. Lakin hökumətin çalışdığı və həyata keçirilən iqtisadi proqramların əsas məqsədi bu təsirlərin, təlatümlərin ölkə cəmiyyətinə və milli iqtisadiyyatımıza təsirini tamamilə azaltmaqdır. Burada iki istiqamət var. Birincisi qeyri-neft sektoru, emal sənayesininin inkişafı, ikincisi əhalinin sosial təminatını gücləndirməkdir. Hər iki istiqamət ölkə başçısının həyata keçirdiyi siyasətin əsas prioritet istiqamətidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB