2017-ci ildə Bakı-İstanbul-Mexiko hava reysi açıla bilər. SİA-nın məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu real bir plandır və hər iki ölkə tərəfindən dəstəklənir: "Azərbaycan və Meksika arasında aparılan danışıqlar nəticəsində bu təklif gündəmə gəlib. Qeyd edilən təkliflə bağlı aparılan danışıqlar əsasında nəticəyə gəlmək mümkün olacaq. Diplomat ölkəsinin Türkiyə ilə sıx əlaqələri olduğunu da əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB