Bu gün "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalının təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirliyinin aparat rəhbəri İlham Bayramov bildirib ki, Azərbaycan Prezidentinin bu il 11 aprel tarixində imzaladığı Sərəncamla "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin erməkdir. Cəmiyyətin yaradılması qeyri-neft sektorunda çalışan sahibkarlarını fəaliyyəti üçün yeni stimul olacaq. O qeyd edib ki, Sərəncamda həmçinin, "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalının yaradılması da tapşırılıb. Portal artıq yaradılıb. İ.Bayramov əlavə edib ki, bu mexanizmin yaradılması ölkədə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. O, dövlət tərəfindən hər zaman kənd təsərrüfatı sahəsinin dəstəkləndiyini, dövlətin daim kəndlinin yanında olduğunu vurğulayıb.
Daha sonra portalın təqdimatı olub. Qeyd edək ki, portal bir neçə menyudan ibarətir. Tədarük elanları menyusunda satınalan təşkilatların tələbatlarından formalaşan və cəm şəklində bütün satınalanların ərzaq məhsullarına olan tədarük elanları yerləşdirilib. Potensial istehsalçılar menyusunda isə Azərbaycanın bütün regionlarından olan potensial istehsalçıların siyahısı, təkliflər menyusunda potensial istehsalçıların satmaq istədikləri mallar üzrə təkliflər yerləşir. Portalda eyni zamanda qanunvericilik haqqında məlumat var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB