İqtisadçı: "Şərablarımızın Avropa bazarlarına çıxarılması qeyri-neft ixracına müsbət təsir göstərəcək"

İqtisadçı: "Şərablarımızın Avropa bazarlarına çıxarılması qeyri-neft ixracına müsbət təsir göstərəcək"

"Hazırda Azərbaycan brendi adı ilə şərablarımızın Avropa bazarlarına çıxarılması istiqamətində aparılan işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox böyük ənəmiyyətə malikdir. Bu sahədə "Made in Azerbaijan" brendinin tanıdılması, Avropa bazarlarının standartlarına uyğun məhsulun istehsalı, rəsmiləşdirmə, sənədləşdirmə, sertifitatların əldə olunması proselərinin həlli ən önəmli məsələlərdəndir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O qeyd edib ki, Azərbaycanda şərabçılıq təxminən ötən əsrin 50-ci illərindən inkişaf etməyə başlayıb: "Bu sahədə ənənəvi bazar əsasən keçmiş SSR ölkələri daxil olmaqla, Rusiya bazarı olub olub. Hazırda da Azərbaycanın dünya bazarına eksport edə biləcəyi məhsullar əsasən məhz elə bu ölkələrə ixrac olunur. Bir çox hallarda məhsullar xammal şəklində aparılır, sonradan həmin ölkələrdə qablaşdırılır və etiketlənərək bazara çıxarılır. Ancaq indi məhsullarımızın Avropa bazarlarına çıxarılması üçün mühüm addımlar atılır".

Ekspert "Made in Azerbaijan" brendinin tanıdılmasının önəmliliyini vurğulayıb: "Gürcüstan təxminən 10 il əvvəl bu istiqamətdə ciddi səylər göstərirdi. Hazırda Gürcüstan Qafqazda yeganə ölkədir ki, şərabları Avropa bazarlarında daha rahat şəkildə realizə edilə bilir. Azərbaycan brendinin də tanıdılması üçün çoxlu işlər görülməlidir. Avropa bazarlarının özlərinə məxsus xüsusiyyətləri var. Pərakəndə ticarət müəssisələrinin özlərinin də keyfiyyət tələbləri, labarotoriyaları olur. Razılığın əldə olunması, müqavilələrin bağlanması, böyük partiyalarla məhsulların pərakəndə ticarət şəbəkələrinə çatdırılması məsələləri bütövlükdə hökumətin dəstəyi ilə daha qısa müddətdə həll olunacaq. Azərbaycan hökuməti sahibkarlarımıza çox böyük dəstək göstərir".

İqtisadçı vurğulayıb ki, Azərbayanın üzümçülük və şərəbçılıqla bağlı böyük potensialı var: "Azərbaycan üzümçülük və şərabçılıq ənənələri var. Bu istiqamətə yeni müəssisələrimiz də yaranıb. Hələ ki, istehsalın böyük qismi daxili bazara yönəlib. Müəssisələrin istehsalı qabiliyyəti böyükdür, ancaq istehsal həcmi azdır. Çünki, onlar satışı təşkil edə bilmirlər. Məhsullarımız Avropa bazarlarına çıxarılandan sonra istehsal da artacaq".

R.Həsənov şərabçılıq məhsullarının Avropa bazarlarına çıxarılmasının Azərbaycanın qeyri-neft ixcracının həcminə müsbət təsir göstərməklə, qeyri-neft təyinatlı xarici valyuta axının ölkəyə daxil olmasına şərait yaradacağnı bildirib: "Bu, həm də ölkədə şərabçılıq və üzümçülüyün inkişafı ilə yanaşı, məşğulluğun artmasına da təsir göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə