Səfir: "Fransada yeni sahələr üzrə Azərbaycan şirkətləri fəaliyyətə başlayacaq"

Səfir: "Fransada yeni sahələr üzrə Azərbaycan şirkətləri fəaliyyətə başlayacaq"

"Fransa şirkətləri Azərbaycanda əsasən enerji, nəqliyyat, kənd təsərrüfatı, kosmik sahədə fəaliyyət göstərirlər". SİA-nın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Fransa şirkətləri tək enerji sahəsində deyil, kənd təsərrüfatı, nəqliyyat və digər sektorlarda fəaliyyətini genişləndirməkdə maraqlıdır. Diplomat əlavə edib ki, Azərbaycanda 40-a yaxın Fransa şirkəti birbaşa, filial və daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərir. Azərbaycan şirkətləri isə Fransada əsasən daşınmaz əmlak və maliyyə alətləri sahəsində fəaliyyət göstərirlər. Bu yaxınlarda turizm, xidmət sahəsində yeni investorlar qəbul ediləcək. Azərbaycan şirkətləri Fransada şərabçılıq, üzümçülük sahəsində fəaliyyətə başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə