Naxçıvan-Məşhəd dəmir yolu istifadəyə hazırdır

Naxçıvan-Məşhəd dəmir yolu istifadəyə hazırdır
İran ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat, tibb, gömrük, standartlaşdırma, tranzit, nəqliyyat sahələrində əməkdaşlığı ötən iki ildə qarşılıqlı əlaqələrin əsas hissəsini özündə ehtiva edən önəmli sahələrdir. SIA-nın xəbərinə görə, bunu İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım bildirib. Baş konsul Naxçıvan tərəfinin Naxçıvan-Məşhəd dəmir yolunun istifadəyə verilməsinə hazır olduğunu qeyd edib. O əlavə edib ki, İran tərəfinin hazır olması ilə İran və Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişinin artmasına səbəb olacaq bu dəmir yolunun açılış mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə