10 bankın əmanətçilərinə 498 mln manat kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 19 oktyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 mln. 820 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 50 mln. 977 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 18 mln. 70 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 104 mln. 743 min manatdan artıq kompensasiya ödənilib. Fonddan SİA-ya verilən məlumata görə, 19 oktyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 876 min manatdan artıq kompensasiya ödənilib.
19 oktyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 977 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya ödənilib.
19 sentyabr 2016-cı il tarixə "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 232 mln. 469 min manat artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 498 mln. 126 min manatdan artıq kompensasiya ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB