Məzənnələr dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən xəbərə görə, dolların məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,5969 manat təşkil edib. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7543 manat olub.

Rusiyanın milli valyutası rubl oktyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb. Türkiyə lirəsinin məzənnəsi isə 0,25% ucuzlaşaraq 0,5158 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə