Bakıda növbəti bal yarmarkası Məhsul azalıb - SƏS TV

Bakıda növbəti bal yarmarkası Məhsul azalıb - SƏS TV

Bu gün Bakıda növbəti arıçılıq məhsulları yarmarkası açılıb. SİA-nın məlumatına görə, yarmarkada ölkənin müxtəlif regionlarından gətirilmiş bal və digər arıçılıq məhsulları satışa çıxarılıb.

Yarmarka ilə tanış olan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov jurnalistlərə bildirib ki, Azərbaycanda bal yarmarkasının keçirilməsi artıq ənənə halını alıb: "Biz çalışırıq ki, alıcıların tələblərinə uyğun olaraq yarmarkaya keyfiyyətli bal çıxaraq. Bu il təxminın əvvəlki illərdən aşağı həcmdə bal yarmarkaya çıxarılıb. Ötən il təxminın 250 ton bal çıxarılmışdırsa, bu il 71,700 kq bal alıcılara təqdim olunur. Ümumi olaraq bizə 93 tona yaxın bal təqdim olunmuşdu. Ancaq nəzarət tədbirləri çox ciddilləşdirilib. Respublika Baytarlıq laboratotiyası kifayət qədər avadanlıqlarla təchiz olunub və burda yoxlama üçün hər cür şərait yaradılıb. Ona görə də təqdim olunmuş bütün bal nümunələri ekspertizadan keçirilib və standartlara cavab verməyən təxminən 23 ton yarım bal çıxdaş olunub".

Nazir müavininin sözlərinə görə, qeydiyyatdan 323 nəfərin keçməsinə baxmayaraq, təxminən 53 nəfər yarmarkaya bal təqdim etməkdən imtina edib: "Çünki dediyim kimi nəzarət tərbirləri sərtləşdirib. Artıq kameralar vasitəsilə bütün hərəkətlər izlənilir ona görə hesab edirik ki, bu il yarmarkaya təqdim olunan bütün bal və bal məhsulları tələbləri ödəyir. Ona görə də tövsiyəmiz budur ki, bütün alıcılar bala olan ehtiyaclarını ödəmək üçün bu yarmarkadan faydalansın".

Bal məhsulunun azalması səbəbinə toxunan nazir müavini deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada bu il arıçılıq məhsullarının istehsalı üçün təbii iqlim şəraitii o qədər də əlverilşli olmayıb: "Avropada keçən ilə nisbətən 60 faizə qədər bal məhsulları azalıb. Ona görə də bütün dünyada artıq arıçılığın bir rentabelli sahə kimi inkişaf etirilməsinə diqqət ayrılıb. Bir faktı qeyd edim ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)hər il 20 may tarixinin bütün dünyada arıçılıq günü kimi qeyd edilməsi ilə bağlı təkliflərə baxır. Arıçılıq yeganə sahədir ki, ümumiyyətlə təbiətə və bütövlükdə kənd təsərrüfatının inkişafına heç bir zərər vermir. Eyni zamanda arıçılıq məhsulları digər sahələrin də inkişaf etdirilməsində əvəzsiz rol oynayır. Bu mənada ölkəmizdə digər sahələrə olduğu kimi arıçılığın inkişafına da çox ciddi dəstək verilir.

Qeyd edək ki, yarmarka bir ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə