Dəmir yolu biletləri "ASAN"laşacaq

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin daşımada "online" sistemə keçib. Artıq insanlar biletləri elektron şəkildə ala bilirlər". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolu işçilərinin peşə bayramı günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələcəkdə bilet satışını ASAN Xidmət həyata keçirəcək: "Artıq bu, bizim köhnədən qalmış kassa məsələsinə birdəfəlik son qoyacaq. Azərbaycan Dəmir yollarında bilet satışında növbə olmayacaq".

Qeyd edək ki, hazırda dəmir yolu vağzalının binası yenidən qurulur. Binanın ikinci mərtəbəsində "ASAN Xidmət"in yeni filialı yerləşdiriləcək. Vağzal binası ilin sonunadək istifadəyə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə