"Brent" markalı neftin bir barrelinin qiyməti 53 dolları ötüb. "Brent" nefti sonuncu dəfə keçən il oktyabrın 12-də 53,31 dollara satılıb. Hazırda "Brent" markalı neftin bir barreli Londonun ICE birjasında 53,29 dollara, "Layt" markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,20 dollara satılır.
Analitiklər neftin qiymətinin bahalaşmasına səbəb kimi, İstanbulda keçirilən Dünya Enerji Konqresində neft hasilatçısı ölkələrin rəsmilərinin istehsalın məhdudlaşdırılması ilə bağlı səsləndirdiyi müsbət açıqlamaları göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB