"Azərsun" şəkər istehsalında yerli xammalı 40 faizə çatdıracaq

"Azərsun" şəkər istehsalında yerli xammalı 40 faizə çatdıracaq

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl jurnalistləri maraqlandıran suallara da cavab verib. O deyib ki, neftin qiymətinin ucuzlaşması neft ölkələri üçün bir çox çətinliklər yaradıb. Onun sözlərinə görə, nefti sata bilməyəndə Avropadan mal almaq da mümkün olmur. Amma hazırda Avropada da vəziyyət çətindir, bəzi ölkələrdə işsizlik problemi yaranıb. Bolqarıstan, Yunanıstan kimi bəzi ölkələrdə minium əmək haqqı 150 avroya düşüb.

O, son günlər bəzi media orqanlarında "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı xəbərlərə də toxunub: "İki devalvasiya nəticəsində manat 110% dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% bahalaşıb. Bəzi məhsullar üçün xammal xaricdən gətirilir və və devalvasiyadan sonra onların bahalaşması qaqçılmaz idi. Məsələn, şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını bu il ərzində 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq".

Şirkət rəhbəri 100 faiz yerli xammala əsaslanan məhsullar barədə də məlumat verib: "Duz, tomat pastasının istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsullar üçün qablar xaricdən idxal olunur. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Bizim üçün keyfiyyət mühüm məsələdir. Onu da bilirik ki, azərbaycanlılar keyfiyyətə üstünlük verir. Ona görə də keyfiyyətin yüksəldilməsi üçün daim işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə