SOCAR 2020-ci ilədək qaz hasilatını ildə 10 milyard kubmetrədək artıracaq
SOCAR 2020-ci ilədək özünün işlədiyi yataqlarda qaz hasilatını ildə 10 milyard kubmetrədək artırmağı nəzərdə tutur. AZƏRTAC "naturalgaseurope.com"a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib. Onun sözlərinə görə, ötən il şirkətin qaz hasilatı 6,87 milyard kubmetr təşkil edib, lakin bu həcm xeyli artacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB