SOCAR İstiqrazlarının təqdimat mərasimi keçirilir YENİLƏNİR

SOCAR İstiqrazlarının təqdimat mərasimi keçirilir YENİLƏNİR

Bu gün "SOCAR TOWER"də SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vergilər nazirinin birinci müavini Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı və digər rəsmi şəxslər iştirak edir.

Əvvəlcə təqdimat mərasiminə SOCAR İstiqrazları reklam filminin nümayişi ilə start verilib.

Tədbirdə giriş sözü açan SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, son 9 ildə SOCAR-ın ardıcıl çoxşaxəli investisiya strategiyası nəticəsində şirkətin ümumi aktivləri 9 mlrd. manatdan təqribən 40 mlrd. manata çatıb, cəmi kapitalı 6 mlrd. manatdan 14,6 mlrd manata qədər yüksəlib: "Hətta dəyişkən konyuntur şəraitdədə əməliyyat gəlirlərinin sabitliyini təmin edən SOCAR əldə etdiyi maliyyə vəsaitlərini nəhəng və çoxşaxəli investisiya layihələrinə yönəltməklə gələcək mənfəətlərinin bünövrəsini qoymaqdadır. Şirkət investisiya layihələrini maliyyələşdirmək üçün 1mlrd. və 750 milyon dəyərində avrobondlar buraxmış və emissiyalarının tədavül müddətini 10-15 ilə qədər nail olub. SOCAR –ın aktivləri beynəlxalq maliyyə və investisiya şirkətlərinin diqqətini cəlb etməkdədir. Ötən il SOCAR Türkiyə Enerji A.Ş" səhmlərinin kiçik bir hissəsi 1,3 mlrd. Dollar dəyərinə "Goldman Sachs" tərəfindən alındı".

Qeyd edək ki, sonda media nümayəndələrini sualları cavablandırılacaq və bütün natiqlərin səhnədəki rəmzi İstiqraz Kağızının imzalanması mərasimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə