Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclası keçiriləcək

Sentyabrın 29-30-da Bakıda Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclası keçiriləcək.

SİA Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, iclasda iştirak etmək üçün energetika naziri Temenujka Petrova və iqtisadiyyat naziri Bojidar Lukarski Azərbaycana gələcəklər.Komissiyanın iclasında iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. Həmçinin, iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə