Bu ilin ikinci rübündə BP şirkətinin mənfəəti 720 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 45 faiz azdır. Bu barədə şirkətin cari ilin birinci yarısı ilə bağlı hesabatında məlumat verilir. İlin birinci rübündə isə şirkətin mənfəəti 532 milyon dollar olub.
Cari ilin birinci yarısında BP-nin əsaslı xərcləri 7,9 milyard dollar təşkil edib. İl ərzində şirkətin əsaslı xərclərinin ümumilikdə 17 milyard dollardan az olacağı gözlənilir. Bu ilin ikinci rübünün sonuna BP-nin borcu 30,9 milyard dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB