Neftimiz ucuzlaşıb

Dünya bazarında neftin qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 49,41 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar artaraq 50,13 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. Belə ki, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0.41 dollar ucuzlaşaraq 50.39 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə