Rövnəq Abdullayev: “Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik”
SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev şənbə günü Bakı Ali Neft Məktəbinin (BANM) Bibiheybətdəki yeni kampusundakı tikinti işlərinin gedişi ilə tanış olub. Ali Məktəbdən SİA-ya verilən məlumata görə, o, BANM-ın binasındakı işlərlə yaxından tanış olub. Qafqazın ən böyük kampusu olan Ali Məktəbin yataqxana, tədris binaları, geniş stadiona və digər mükəmməl infrastruktura malik şəhərciyində Rövnəq Abdullayevə dünyanın bir sıra aparıcı şirkətlərinin təmənnasız olaraq burada qurulan auditorya və laboratoriya otaqlarının yerləşəcəyi barədə məlumat verilib.
SOCAR-ın prezidenti bildirib ki, "Biz Ali Məktəbin bütün kompleksini bu il təhvil verəcəyik".
Rövnəq Abdullayev eyni zamanda bu ilin sentyabrında kompleksin təhvil verilməsi üçün müvafiq tapşırıqlarını da verib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB