Azərbaycanda qara düyü istehsal olundu İlk dəfə

Azərbaycanda qara düyü istehsal olundu İlk dəfə

Bu il üçün taxıl istehsalı ilə bağlı proqnozlar məlum olub. Kənd təsərrüfatı naziri Heydər Əsədov məsələ ilə bağlı nikbin açıqlamalar verib. Gübrə təminatına toxunan nazir qeyd edib ki, lazım olan gübrələrin miqdarı təqribən 1 milyon ton təşkil edir. Azərbaycan bunun 16 faizini istehsal etmək vəziyyətindədir.

Bakı Ekspo mərkəzdə keçirilən beynəlxalq qida sənayesi sərgisini gəzən Heydər Əsədov istifadəsiz qalan torpaqlarla bağlı qanunvericilik aktlarını hazırlandığını vurğulayaraq fermerlərə ismarıc göndərib.

Sərgidə həm yerli, həm də beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı və təchizatçıları olan 200-dən artıq şirkət iştirak edib.

Sərgidə bitkiçilik və heyvandarlıq təyinatlı xeyli məhsul nümayiş etdirilib. Onlardan biri qara düyüdür.

Sərgidə qida sənayesində istifadə edilən müxtəlif texnoloji avadanlıqlar da iştirakçılara təqdim edilib. Onlardan biri qidanın keyfiyyətini yoxlayan bu cihazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə