Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə təklif olunan dəyişiklik müzakirə edilib.
Təklif olunan dəyişiklik layihəsinə görə, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilən şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Mövcud maddə isə belədir: meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati (indiki təklif: çıxarılır) və cinayət məsuliyyətinə cəlb edilən şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.
Qeyd edək ki, bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğunlaşdırmaq məqsədi ilə edilir. Belə ki, İXM-də torpaq sahəsini məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmsəinə görə konkret cəza tədbiri müəyyən edilir.
Məcəlləyə təklif edilən dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB