Liviya ilin sonunadək gündəlik 1 milyon barrel neft hasil etməyi hədəfləyir. SİA "Röyters"a istinadla xəbər verir ki, bu barədə Liviyanın milli neft şirkətinin idarə heyətinin sədri Mustafa Sanalla məlumat verib.

O, Liviyada siyasi razılığın əldə edilməsindən sonra ölkənin neft istehsalını qısa zamanda iki dəfəyədək artıracağını deyib. M.Sanalla yeni hökumətin qurulmasından sonra "Şarara" neft yatağından tez bir zamanda yenidən istehsala başlanılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə