Heydər Əliyev adına NEZ-in koks qurğusu istismara verilib SOCAR
Qış mövsümündə istismarı dayandırılmış Heydər Əliyev adına Neft Emalı Zavodunun koks istehsalı üzrə 43 nömrəli qurğu təmir işlərindən sonra istismara verilib. SİA-nın xəbərinə görə, həmin dövrdə qurğunun məşəl qülləsinə gedən 500 mm-lik boru xəttinin 280 metrlik hissəsi, 200 metr uzunluğunda 200 mm-lik kimyəvi təmizlənmiş su xətti, həmçinin R-301/3 reaktorunun içərisində bimetal örtüyün 20 kvadratmetrlik yararsız hissəsi dəyişdirilmiş, istehsalat sahəsinin 200 metr uzunluğunda 100 mm-lik işlənmiş büxar xətti yenisi ilə əvəzlənib. Bundan əlavə, qurğuda alınan qazın MEA məhlulu ilə təmizlənməsi sxemi üzrə avadanlıqlar quraşdırılmış və boru xətləri çəkilmiş, qurğunun SS-301/1 və SS-307/2 benzin soyuducularının boru dəstləri təmizlənmiş və digər zəruri təmir işləri aparılıb. Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin əməkçiləri tərəfindən həyata keçirilib. 43 nömrəli koks qurğusu hazırda 2 axınla normal rejimdə istismar olunur. Gün ərzində qurğuda istehsal olunan 700-800 ton koks dəmir yolu vasitəsilə aidiyyatı üzrə daşınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB