Rövnəq Abdullayev: "Yeni layihələr maliyyələşdirilməyəcək" AÇIQLAMA
"Dünya bazarında neftin qiymətinin 3 dəfədən çox enməsi yeni investisiya yatırımlarına imkan vermir". Bunu SIA-ya açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, neftin qiymətinin enməsi yeni investisiya yatırımlarına daha diqqətlə yanaşmağa sövq edir: "Maliyyələşməsi həll olunmuş keçmiş layihələrin həyata keçirilməsi davam etdiriləcək. Bura Cənub Qaz Dəhlizi, bir çox ölkədaxili zavodların tikintisi və yenidənqurması layihələri daxildir".
Rövnəq Abdullayev qeyd edib ki, TAP layihəsinin təməlqoyma mərasimi mayın 17-də Yunanıstanda baş tutacaq: "Ölkə başçısının ABŞ-a səfəri və keçirdiyi uğurlu görüşlər Cənub Qaz Dəhlizi layihəsinə beynəlxalq aləm tərəfindən dəstəyi daha da artırıb. Bu layihənin maliyyələşməsini daxili imkanlar hesabına deyil, xarici banklardan 20 illik aşağı faizlərlə götürəcəyimiz kreditlər hesabına təmin edəcəyik".
SOCAR prezidenti onu da əlavə edib ki, PETKIM-də olan səhmlərin 51%-dən aşağı düşməsinə imkan verilməyəcək: "Dövlət Neft Şirkəti PETKIM-də olan səhmlərinin bir hissəsini yüksək qiymətlərlə investisiya fondlarına satıb. Hazırda təxminən 57%-58% səhmlərə nəzarət edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB