Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 38,15 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,24 dollar azalaraq 40,09 dollar olub.
Azərbaycan nefti də cüzi ucuzlaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,12 dollar və ya 0,29% azalıb 41,29 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB