Cari ilin ilk iki ayında Azərbaycanda 366,1 min ton dizel yanacağı, 179,6 min ton avtomobil benzini, 27,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 113,5 min ton ağ neft, 229,9 min ton yanacaq mazutu, 0,9 min ton sürtgü yağları, 19,3 min ton neft bitumu və 7,2 min ton neft koksu istehsal edilib. SİA xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 389,4 milyon manat olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB