İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış Biznes İnkubator üçün yeni iştirakçıların seçilməsi üçün müsabiqə keçirilib. SİA-nın xəbərinə görə, İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi müsabiqə komissiyasının qərarına əsasən, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan 24 gənc Biznes İnkubator üçün iştirakçı qəbul edilib.
Biznes İnkubatorun yeni iştirakçıları sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərindən, o cümlədən ödənişsiz treninqlərdən, məsləhət və ofis xidmətlərindən yararlanaraq kənd təsərrüfatı, emal, xidmət, İKT və proqram məhsullarının istehsalı, kənd turizmi və s. sahələr üzrə bizneslərini təşkil edəcəklər.
Qeyd edək ki, gənclərin innovativ potensialının və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes və məşğulluq imkanlarının genişləndirilməsi, yeni fəaliyyətə başlayan gənc sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılması, gənclərin işgüzar fəallığının yüksəldilməsi məqsədilə 2014-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində gənclər üçün Biznes İnkubator yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB