Rusiya "Cənub Qaz Dəhlizi"ni də işin içinə qatdı

Rusiya "Cənub Qaz Dəhlizi"ni də işin içinə qatdı

"Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan "Pisarevka-Anapa" xətti "Mavi Axım" boru xəttinə birləşdirildi. SİA-nın Rusiyanın "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın nəhəng enerji şirkəti "Qazprom" tərəfindən fevral ayında atılan bu addım Türkiyəyə daşınan təbii qaz ixracını artırmaq məqsədi daşıyır.

"Qazprom"un yanvar ayının 10-da verdiyi göstərişə görə, yeni boru xətti vasitəsilə 18 milyon kubmetr qazın daşınması nəzərdə tutulur.

"Sputnik"in verdiyi məlumatda təbii qazın yeni boru xətti vasitəsilə daşındığı ifadə edilib. Belə ki, artıq "Cənub Qaz Dəhlizi" də bu xidmətə daxil edilib.

Qeyd edək ki, yeni boru xətti ilə Türkiyəyə 200 milyon kubmetr təbii qaz ixrac ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə