Dünya birjalarında neftin qiymətində bahalaşma davam edib. Hazırda dünya bazarlarında "Brent" markalı neftin bir bareli 36.64 dollara qalxıb.
"WTI" markalı neftin qiymətində də cüzi bahalaşma qeydə alınıb. Ötən səhər 33.71 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 33.96 dollar müəyyən olunub.
Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 36,99 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB