Total İranla müqavilə imzaladı NEFT ALACAQ

Total İranla müqavilə imzaladı NEFT ALACAQ

İran milli neft şirkəti (NIOC) Fransanın Total neft şirkəti ilə müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə qonşu ölkənin "Mehr" agentliyi məlumat yayıb. Müqaviləyə görə, Total İrandan sutka ərzində150-200 min barrel neft alacaq. Agentlik onu da qeyd edir ki, Total İranın ilk Avropa müştərisi deyil. Belə ki, sanksiyaların aradan qaldırılmasından sonra İranın neft sənayesi nazirinin müavini Rohnəddin Cəvadi hansı Avropa alıcısı olan ölkə ilə müqavilə bağlandığını açıqlamaq istəməyib.

Cəvadi istisna etməyib ki, neftin ixracı planında gələn il 2,3 milyon barrel neftin satılması proqnozlaşdırılır. "Neftçıxarmanın 500 min barrelə qədər artırılması qısa zamanda tam şəkildə reallaşdırılacaq"-deyə nazir müavini bildirib.

Hazırda İran digər Avropa müştəriləri – İspaniya, İtaliya, Almaniya, Çexiya, Fransa, Yunanıstan və Böyük Brtitaniya ilə də danışıqlar aparır. Ötən həftələr ərzində isə qonşu ölkə Avropanın nüfuzlu neft şirkətləri, o cümlədən, İtaliyanın Saipem və NaplesŞ Rusiyanın Lukoyl, eləcə də Asiya şirkətləri ilə memorandumlar və müqavilələr imzalayıb.

Bu arada OPEK-in sonuncu hesabatında qeyd edilir ki, sonra İranın neft istehsalı bir il ərzində 2,766 milyon barreldən 2,876 milyon barrelə qədər artıb.

2012-ci ilin sanksiyalarına qədər İran Avropa Birliyi ölkələrinə 800 min barrel neft və kondensat ixrac edirdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə