Fevralın 1-də Bakıda "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilindəki versiyasının təqdimatına həsr olunmuş tədbir işə başlayıb. Vəsait Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyi tərəfindən birgə hazırlanıb. SİA-nın xəbərinə görə, tədbirdə vəsaitin Avropa İttifaqının əsas maliyyə dəstəyi ilə BMqT tərəfindən həyata keçirilən "Azərbaycanda miqrasiya sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə olunduğu qeyd edilib. Vəsait 300 tirajla çap olunaraq Azərbaycanın müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları arasında paylanacaq.
Layihə bu vəsaitdə əhatə olunan mövzulara dair hüquqi məsələlərlə üzləşən Azərbaycandakı miqrasiya orqanları, həmçinin hüquq sahəsində fəaliyyət göstərən işçilər, qeyri-hökumət təşkilatları və digər qurumlara dəstək vermək məqsədi daşıyır.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard, Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayevin çıxış edərək layihə ilə bağlı fikirlərini bidiriblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB