Şamaxı Rayon İcra Hakimiyyətində yerli sahibkarlarla işgüzar görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev görüşü açaraq, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışıb. Qeyd olunub ki, dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan da yan keçməyib, neftin qiymətinin dəfələrlə ucuzlaşması gəlirlərimizin azalmasına səbəb olub. Bu səbəbdən də dövlətimizin başçısı qeyri-neft sektorunun inkişafını prioritet məsələ kimi qarşıya əsas vəzifə qoyub.
Görüşdə rayonda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə vəzifələrdən danışılıb. Qeyd edilib ki, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması üçün 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 757 min 500 manat həcmində güzəştli kredit verilib. Sahibkarlara obyektlərin müasir səviyyədə yenidən qurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilməsi işlərində hüquqi qaydada bütün lazımi köməyin göstərilməsi üçün konkret tapşırıqlar verilib.
İşgüzar görüşdə rayon iqtisadiyyatının inkişafı ilə bağlı təkliflər səsləndirilib.
Sahibkarların rəy və təkliflərinin öyrənilməsi və reallaşdırılması üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB