Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətnbuat xidmətindən Sİa-ya verilən xəbərə görə, iclasda kollegiya üzvləri, nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Rayon Baytarlıq İdarələrlərinin rəisləri, alimlər və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssisləri iştirak ediblər.
İclasda nazir Heydər Əsədov baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün rayon və şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB