İqtisadçı: “2016-cı ildə qeyri-neft sektorunun büdcədəki payı artacaq” AÇIQLAMA
"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda qeyd etdiyi bir sıra məsələlər Azərbaycanın 2016-cı ildə daha çevik idarəetmə sisteminə keçidini özündə formalaşdırır. İlk növbədə, cənab İlham Əliyev çevik idarəetmə dedikdə struktural islahatlara işarə edir. Çox böyük ehtimalla bütün bunlar bəzi qurumların ləğv edilməsinə, idarəetmə sahəsində çeviklik dinamikliyinin, bir sözlə verilən tapşırıqların daha sürətli həlli yoluna çalışmağa xidmət edir. Çünki bu gün bir sıra qurumlar ölkə Prezidentinin tapşırılarını sona kimi həll etmir, ya da laqeyd yanaşırlar. Sonda da cəzalarını alırlar". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, bu gün ölkədə çevikliyi biz ancaq sırf olaraq daxili işlər, müdafiə və fövqəladə hallar üzrə məsuliyyət daşıyan qurumlarda görə bilirik: "Digər qurumlarda müəyyən qədər passivlik öz sözünü deyir. Xüsusilə iqtisadi sahədə. İlk növbədə anti inhisarçılıq tədbirləri davam etdirilir, lakin hələki montorinqlər mənfi effekt verir. Çevik idarəetmə odur ki, tapşırıq verildisə, maksimum dünya praktikasına uyqun olaraq məsələ 2 ay içərisində tənzimlənməlidir".
O əlavə edib ki, qeyri-neft sektoru üzrə Azərbaycan qlobal iqtisadi böhran dövründə cüzi də olsa artım əldə etdi: "Təbii ki, manat ifadəsinə əldə olunan artım pul kredit siyasətinin tənzimlənməsi şəraitində yarandı. Ölkə Prezidentinin son fərman və sərəncamlarının kökündə qeyri-neft sektoru, başqa sözlə ölkə qeyri-neft sektoru sahələrinə ciddi investisiyaların yatırılması durur. Dövlət başçısının söylədiklərinə diqqət yetirsək görərik ki, inhisarçılığa qarşı mübarizə, lisenziyaların ləğvi istiqamətində hissələr var. Bütün bunları Prezident ona görə qeyd edib ki, adı çəkilən foruma investorlar gəlir. İnvestorlar bundan xəbərləri olsun və ölkə investisiya qoymaqdan çəkinməsinlər, anlasınlar ki, ölkənin birinci şəxsi şəxsən sahibkarlığın inkişafında tam olaraq maraqlıdır. Əminəm ki, 2016-cı il qeyri-neft sektorunun büdcədəki payı artacaq və biz neft asıllığına tam son qoya bilməsəkdə, müəyyən qədər faizində azalmalara nail ola biləcəyik".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çıxışı zamanı bildirmişdi ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB