Tamerlan Vahabov: “Ukrayna Türkiyə üçün böyük bazardır” AÇIQLAMA

Tamerlan Vahabov: “Ukrayna Türkiyə üçün böyük bazardır” AÇIQLAMA

"Türkiyə və Ukraynanın azad iqtisadi zona yaratmaq ideyalarının reallaşması mümkündür". Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar və fikir mübadiləsi bir neçə ildir ki, davam edir: "Ukrayna Türkiyə üçün kifayət qədər böyük bazardır. Həmçinin də ağır sənaye və qida məhsulları sahəsində Ukrayna Türkiyənin tələbatını ödəyə bilmək iqtidarındadır".

Ekspert bildirib ki, azad ticarət zonasının genişlənməsi haqqında dəqiq proqnoz vermək çətindir: "Azərbaycan və Gürcüstanın bu azad ticarət zonasına daxil olması həmin ölkələrin gələcəkdəki ticarət dövriyyəsinin dinamikasından və həmçinin malların daşınması üçün müvafiq nəqliyyat-logistik infrastrukturunun nə dərəcədə mövcud olmasından asılı olacaq. Bunun üçün hər iki ölkədə münbit zəmin var".

Bütün xəbərlər Facebook səhifəmizdə