Zərdab rayonunun daha bir yaşayış məntəqəsinə - Çallı kəndinə "mavi yanacaq" verilib. Kəndə təbii qazın verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri təbrik edib, son illər rayonda həyata keçirilən sosial layihələrdən danışıb. Diqqətə çatdırılıb ki, 524 abonenti olan Çaylı kəndi rayonda qazlaşdırılan 25-ci yaşayış məntəqəsidir. Hazırda digər kəndlərdə də qazlaşdırma işləri sürətlə davam etdirilir.

Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub.

Mərasimin sonunda "mavi yanacağ"ın verilişini bildirən məşəl alovlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə