Üçgünlük seminar işə başlayıb FOTO

Kənd təsərrüfatında aqroservis xidmətlərinin tşkili və idarə olunması sahəsində Avropa ölkələrinin qabaqcıl təcrübəsini öyrənmək, eləcə də məlumat və təcrübə mübadiləsi aparmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa Komissiyasının Texniki Yardım və Məlumat Mübadiləsi (TAİEX) alətinin birgə əməkdaşlığı nəticəsində 2015-ci il 23 noyabr tarixində Bakı şəhərində (Grand Hotel) "Dəyər zəncirinin inkişafında aqroservis xidmətlərinin rolu" mövzusunda üç günlük seminar işə başlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarın əsas məqsədi kənd təsərrüfatında fəaliyyət göstərən aqroservis müəssisələrinin səmərəliliyinin artırılması, habelə kiçik və orta həcmli fermer təsərrüfatlarında aqroservis xidmətin təşkili və belə təsərrüfatlarda xidmət tariflərinin azaldılması üçün Avropa İttifaqı ölkələrinin təcrübəsinin öyrənilməsindən ibarətdir.

Seminar, Avropa Komissiyasının maliyyə dəstəyi ilə Almaniya Fedarativ Respublikasından, İsveç Krallığında və Rumıniyada olan tanınmış ekspertlərin iştirakı ilə keçirilib.

Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov açaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının dəyər zəncirində aqroservis xidmətlərinin rolu; məhsulun maya dəyərinin azaldılması və rəqabətə davamlılığının yüksəldilməsi üçün servis xidmətlərinin təşkili və idarə olunmasının mühüm aspektləri; eləcə də aqroservis xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində və kənd təsərrüfatının texniki təminatı sahəsində dövlət tərəfindən göstərilən dəstək tədbirləri; habelə bu sahədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamların sahənin inkişafındakı mühüm rolu; eyni zamanda hökumət, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən vacib tədbirlər barədə geniş nitq söyləyib.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdirinin müavini Köçəri İçamov kənd təsərrüfatında texniki siyasətin əsas prioritetləri və texnika parkının mövcud vəziyyəti barədə təqdimat edərək respublikanın kənd təsərrüfatı texnikası parkı və parkın texniki vəziyyəti; parkın yeniləşdirilməsi üçün həyata keçirilən tədbirlər; texnikaların lizinqi və s. məsələlər barədə məlumat verib.

Seminar xarici ekspertlərin təqdimatları ilə davam etdirilib. Avropa Milli Aqroservis Xidmətləri Federasiyaları Assosiasiyasının vitse prezidenti, İsveç Klallığından olan Göran Abrahamsson Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən əsas aqrotexniki xidmət kooperativləri, onların funksiyaları və göstərdikləri xidmət növləri; kiçik və orta həcmli fermer təsərrüfatlarında aqrotexniki xidmətin təşkili sahəsində Avropa təcrübəsi; habelə Aqroservis xidmətinin təşkilinə dair İsveç təcrübəsindən nümunələr barədə təqdimatlar edib.

Rumıniyanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin nümayəndəsi Liviu Popescu aqrotexniki xidmət müəssisələrinin yaradılması və onların fəaliyyətinin tənzimlənməsində dövlətin rolu: qabaqcıl Avropa təcrübəsi; fermerlərin fəaliyyətində iqtisadi səmərəliliyin artırılması üçün özəl aqrotexniki xidmətlərin təkmilləşdirilməsində dövlətin rolu mözularında çıxışlar edərək, həm öz ölkəsinin, eləcə də Avropanın digər ölkələrinin təcrübələrindən nümunələr gətirərək təqdimatlar edib.

Almaniya Federativ Respublikasından Harburq Aqroservis Müəssisəsinin nümayəndəsi Andreas Hastedt çıxış edərək kənd təsərrüfatı məhsullarının sabit və dəyişən qiymətlərinə aqrotexniki xidmətlərin təsiri; aqrotexniki xidmətin dəyər zəncirinin inkişafında rolu; kənd təsərrüfatı texnikasına tələbatın müəyyən edilməsində qabaqcıl metodologiya mövzularında çıxışlar edərək nəzəri və paktiki bigilər barədə məlumat vermiş, eləcə də öz ölkəsinin təcrübəsindən maraqlı nümunələr göstərib.

Məsələ ilə əlaqədar hərtərəfli müzakirələrin təşkili və əhatəli fikir mübadiləsinin aparılması üçün xarici ekspertlərlə yanaşı Kənd Təsərrüfatı Nazirliyinin və özəl sektorun nümayəndələrinin də çıxışları və təqdimatları olub. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov respublikanın əkin strukturu və bitkiçiliyin inkişaf meylləri; Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov kənd təsərrüfatında fəaliyyət göstərən əsas istehsal subyektlərinin təsnifatı; Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev yem bitkilərinin istehsalında və heyvandarlığın inkişafında aqrotexniki xidmətlərin rolu; eləcə də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov kənd təsərrüfatının texniki təchizatında və aqrotexniki xidmətin təşkilində "Aqrolizinq" ASC-nin rolu barədə təqdimatlar etmişdir. Bununla yanaşı, aqrotexniki xidmətin təşkilində yerli təcrübə; aqrotexniki xidmətin təşkilində yaranan problemlər barədə özəl sektorun nümayəndələri tərəfindən də çıxışlar olub, Avropa ölkələrinin təcrübəsi ilə müqayisələr edilmiş və geniş fikir mübadiləsi aparılıb.

Respublikada aqroservis xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə bu seminarda əldə edilmiş bilik və təcrübələr Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə bir daha müzakirə edilərək, onların tərbiqi üçün müvafiq layihələrin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə