Ukrayna Müdafiə Qüvvələri Rusiyanın “Kometa” adaptiv antena massivlərinin istehsal olunduğu hərbi-sənaye kompleksinin obyektinə zərbələr endirib.
SİA-xəbər verir ki, bu barədə Baş Qərargahın mətbuat xidməti məlumat yayıb.
...Düşmənin yüksək dəqiqlikli silah istehsal etmək qabiliyyətinin azaldılması çərçivəsində iyulun 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemli Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər hissələri ilə birlikdə Rusiyanın VSC-nin hərbi sənaye kompleksinin mühüm obyektinə zərbələr endiriblər.
Bu barədə Baş Qərargah məlumat yayıb.
Onlar əlavə ediblər ki, Müdafiə Qüvvələrinin hücumunun hədəfi Kometa adaptiv antena massivləri üçün Rusiyanın istehsal müəssisələri olub.
Onlar “Şahed” tipli PUA-larda, İsgəndər-K raketlərində, idarə olunan aviasiya bombaları (KAB) üçün vahid planlaşdırma və korreksiya modullarında (UMPK) və düşmənin müntəzəm olaraq Ukraynanı, xüsusən də mülki infrastrukturu atəşə tutduğu digər yüksək dəqiqlikli silahlarda istifadə olunur.
...Silahların hədəf əraziyə çatdığı təsdiqlənib: “Nəticələr dəqiqləşdirilir”, - deyə Baş Qərargah əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə