Ekspert ruslara izah edir ki, Azərbaycana turlar almağa dəyərmi?

Bakıya turlar üçün yeni sifarişlər faktiki olaraq dayandırılıb və nəticədə 40 faiz azalma baş verib.

Rusiya ilə Azərbaycan arasında siyasi vəziyyətin pisləşməsi turizm sektoruna əhəmiyyətli dərəcədə mənfi təsir göstərib.

SİA-nın məlumatına görə, sənaye birliyinin vitse-prezidenti Yuri Barzıkinin KP.RU-ya verdiyi müsahibədə qeyd etdiyi kimi, turistlər mövcud vəziyyətin tezliklə həllinə ümid edərək gözləmə mövqeyi tutublar.

Rusiya Səyahət Sənayesi İttifaqının məlumatına görə, Bakıya səyahət üçün yeni müraciətlər praktiki olaraq dayanıb ki, bu da turist axınının 40 faiz azalmasına səbəb olub.

Bununla belə, səyahət paketlərini artıq almış səyahətçilərin əksəriyyəti planlarını ləğv etməyə tələsmir.

Rusiya Xarici İşlər Nazirliyinin səyahətə çıxmazdan əvvəl vəziyyəti diqqətlə qiymətləndirmək tövsiyələrinə baxmayaraq, bron edilmiş turların təxminən 60 faizi qüvvədə qalır.

Bu yay Azərbaycana gələn turistlər Qafqazın dəyişməz qonaqpərvərliyini qeyd ediblər: bələdçilər və xidmət personalı hələ də rusdilli qonaqlara qarşı mehribandır.

Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Rusiya vətəndaşlarının sənədlərinin yoxlanılmasının sayında artım müşahidə olunub. Bəzi səyahətçilər infrastrukturun pis vəziyyətindən narazılıqlarını bildirirlər..?

Yuri Barzıkin vurğulayıb ki, ekspertlər Azərbaycana səfər etmək qərarına gələn turistlərə Xarici İşlər Nazirliyinin rəsmi saytlarında yer alan məlumatları diqqətlə öyrənməyi, etibarlı turoperatorlara üstünlük verməyi və onların geri qayıdış marşrutunu əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

Mövcud şəraitdə uşaqlı ailələrin alternativ, daha dinc istirahət yerləri haqqında düşünmələri məqsədəuyğun olardı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə