Azərbaycan müşahidəçi qismində qəbul edilib

...Qaz İxrac edən Ölkələrin Forumuna
Azərbaycan müşahidəçi qismində qəbul edilib

Tehranda Qaz İxrac edən Ölkələrin Forumuna (Gas Exporting Countries Forum – GECF) daxil olan dövlətlərin nazirlərinin 17-ci iclası keçirilib.

SİA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə iclasda Azərbaycan yekdilliklə Qaz İxrac edən Ölkələrin Forumuna müşahidəçi qismində qəbul edilib.

Toplantıda Azərbaycanı energetika nazirinin müavini Natiq Abbasov təmsil edib.

Qeyd edək ki, noyabrın 23-də Tehranda GECF-ə daxil olan ölkələrin dövlət və hökumət başçılarının görüşü keçiriləcək. Bu görüşdə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə