Sahibkarlardan layihələrin qəbuluna başlandı

Sahibkarlardan layihələrin qəbuluna başlandı

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yardımlı rayonundan olan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən SİA-ya verilən məlumata görə, SKMF noyabrın 11-də Yardımlı rayonunun Çay Üzü kəndində işgüzar forum keçirib. Sahibkarlardan cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emaləı və qablaşdırılması müəssisəsinin, çörək, şirniyyat, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə